Nazirlik transsərhəd çaylardakı vəziyyəti açıqladı
14 aprel 2014 15:16 (UTC +04:00)

Nazirlik transsərhəd çaylardakı vəziyyəti açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
 

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3.8 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. 
 

Aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 4, I Şahsevəndə 3, Bəhramtəpədə isə 2.5 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.98-6.15 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar