Nazirlik qanunsuz ov edənləri cərimələdi
03 mart 2015 11:33 (UTC +04:00)

Nazirlik qanunsuz ov edənləri cərimələdi

Azərbaycanda qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən növbəti reydlər keçirilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Qəbələ rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən Qəbələ rayon Nic qəsəbə sakini Olik Seyranov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. Təqsirkar şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Masallı rayon sakinləri Zamin Abbasov və Yaşar Qafarov saxlanılaraq onlardan 2 ov tüfəngi, 51 patron və 2 ədəd ovlanmış qaşqaldaq quşu götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt, protokol tərtib olunub və təqsirkar şəxslər ümumilikdə 2000 manat məbləğində cərimə edilib.
Qəbələ rayonu Kürd kəndi ərazisində keçirilmiş reyd zamanı isə ovla məşğul olan Qəbələ rayon Mamayıl kənd sakini Şafiq Zahidov saxlanılıb və ondan 1 ov tüfəngi götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində akt və protokol tərtib edilərək 1000 manat məbləğində cərimə olunub.
Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148

Oxşar yazılar