Səlim Müslümov Xocalıda iki ayağını itirmiş Xədicə Orucovanın problemini nəzarətə götürdü.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Lent.az-da bu gün dərc edilən “Məşum gecənin şahidi: “Ayaqlarım məni cənnətdə gözləyir...” – DƏHŞƏT HEKAYƏTİ” yazısının qəhrəmanı, Xocalı faciəsi zamanı hər iki ayağını itirmiş Xədicə Orucovanın probleminə operativ reaksiya verib. Yazı dərc ediləndən bir qədər sonra Nazirliyin əməkdaşları Lent.az-la və X. Orucova ilə əlaqə saxlayıblar. Nazir Səlim Müslümovun tapşırığı ilə X. Orucovanın problemi nəzarətə götürülüb.
Nazir təcili olaraq Protez-Ortopedik Bərpa Mərkəzinin direktoruna X. Orucovanın xahişinin yerinə yetirilməsi barədə göstəriş verib.
Həmin yazının linki: http://news.lent.az/news/157132