"Ağdaş"ı məğlub etdi, "Sumqayıt"a uduzdu
12 dekabr 2014 11:30 (UTC +04:00)

"Ağdaş"ı məğlub etdi, "Sumqayıt"a uduzdu

0

Təhsil Nazirliyinin təsis etdiyi “Birlik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb. İlk görüş şans oyununun qalibi “Fortuna” ilə “Ağdaş” komandaları arasında keçirilib. “Fortuna”ya üstün gələn “Ağdaş” daha sonra “Allians”ı da üstələyib.

Üçüncü görüşdə “Ağdaş” “Aypara” ilə qarşılaşıb. “Aypara” rəqibinin qələbə seriyasına son qoyub. Dördüncü görüşdə “Aypara” “NORM Sement” komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq “Aypara” “Sumqayıt” komandasına üstün gələ bilməyib.

Altıncı görüşdə sumqayıtlılar “Bakı Ali Neft Məktəbi” ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında “Bakı Ali Neft Məktəbi” qalib gəlmişdi. Bu görüşdə isə “Sumqayıt” komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb.

Növbəti-yeddinci görüşdə “Sumqayıt” “Azərbaycan klubu” komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Azərbaycan klubu” komandası böyük finala vəsiqə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar