Təhsil Nazirliyi dövlət ehtiyacı olan yerlərin müəyyənləşməsi qaydalarını açıqlayıb. Nazirlikdən Lent. az-a verilən məlumat görə, respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin ayrı-ayrı ixtisaslarına tələbə qəbulu üzrə planının layihəsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunan 5 illik proqnoz rəqəmlərinə uyğun olaraq ali təhsil müəssisələrinin təklifləri (maddi-texniki baza və kadr potensialı nəzərə alınmaqla) əsasında tərtib edilir.
Tələbə qəbulu üzrə plan layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunur.
Nazirlikdən verilən daha bir məlumatda qeyd olunur ki, Boloniya prosesinə qoşulduqdan sonra respublikanın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların təhsilini normativ müddətdən tez başa vurması halları olmayıb.