Çaylardakı mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-60 faizini təşkil edir.
Sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2 və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.