Nazirlik: “Dərsliklərin nəşri və çapı işi uğurla başa çatdırılıb”
23 sentyabr 2013 13:49 (UTC +04:00)

Nazirlik: “Dərsliklərin nəşri və çapı işi uğurla başa çatdırılıb”

 

Yeni tədris ilinə Azərbaycanın ümumtəhsil müəssisələri üçün 139 adda dərslik və müəllimlər üçün metodik vəsaitin nəşri və çapı planlaşdırılıb və bu istiqamətdə iş aparılıb. Nəzərdə tutulan işlər uğurla başa çatdırılıb. Respublikamızın məktəbləri bu dərslik və müəllimlər üçün metodik vəsaitlərdən istifadə edəcəklər. Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, VI sinif dərslikləri ilk dəfə kurikulum əsasında hazırlanıb.  II, IV, VIII, IX və X sinif dərslikləri isə redaktə və korrektə olunaraq yenidən nəşr olunub.

 

 

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli məktəblər üçün ayrılmış 18 adda 28015 ədəd "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliyi sentyabrın 25-dək ünvanına çatdırılacaq.

 

 

Dağıstandan və digər ölkələrdə fəaliyyət göstərən "Bazargünü" məktəblərindən dərsliklərlə bağlı sifariş olmayıb və sifariş olduğu təqdirdə həmin məktəblər dərsliklərlə təmin ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821
avatar

Oxşar yazılar