Nazirlik: "130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib"
01 avqust 2017 11:04 (UTC +04:00)

Nazirlik: "130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib"

Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbər görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb.

 

Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilərək onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılır. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar