Nazirlik: 4 nəfər istintaqa təhvil verildi
09 aprel 2013 16:54 (UTC +04:00)

Nazirlik: 4 nəfər istintaqa təhvil verildi

0

 

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində mübarizə tədbirləri davam etdirilir. Bu barədə Lent. az-ı Vergilər Nazirliyindən məlumatlandırıblar.

Bu ilin birinci rübündə 50 işin icraatına xitam verilib, 4 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 24 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilib.

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği  1 milyon 911,7 min manat olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 4 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 35 şəxs məcburi qaydada gətirilib, 112 şəxs öz istəyi ilə gəlib, 52 şəxsin yeri müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 940

Oxşar yazılar