Nazirlik: ...tədbir görüləcək
23 sentyabr 2013 10:34 (UTC +04:00)

Nazirlik: ...tədbir görüləcək

Respublika üzrə ümumtəhsil məktəblərində Psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə 217 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Evdə təhsilə cəlb olunmuş şagirdlərə dərslər tədris planına uyğun olaraq ixtisas müəllimləri tərəfindən tədris olunacaq. Həmin müəllimlər dərs bölgüsü aparılarkən məktəb Pedaqoji Şurasının qərarına əsasən müəyyən ediləcək.

Müəllimlərin əməkhaqqı hesablanarkən ümumi qaydalarla yanaşı “Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili (xüsusi təhsili) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 50% əlavə ödəniləcək. Müəllim evə getmədən (dərs demədən) əməkhaqqı alacaqsa, bu, saxtakarlıq hesab olunacaq. Belə hal aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbir görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 884

Oxşar yazılar