Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2013-cü ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2113 akt və 519 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 924 müddətli məcburi göstəriş verilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 571 iş üzrə 4389265 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 378 iş üzrə 2834859.72 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə idarə və müəssisələrə 4622 iş üzrə 1001890.08 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 200 işdən 26-na, icra qruplarına göndərilmiş 302 işdən 191-nə, məhkəmələrə göndərilmiş 120 işdən 49-na baxılaraq müvafiq tədbirlər görülüb. İcra qruplarına göndərilmiş 5 iş rədd edilmişdir.
Ümumilikdə “Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fonduna” 2934178.38 manat vəsaitin köçürülməsi təmin edilib.
Su ehtiyatlarının mühafizəsi üzrə 254 akt və 55 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 124 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 55 iş üzrə 160400 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 2000000 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 896 iş üzrə 312908.88 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 30 işdən 8-ə baxılaraq müvafiq tədbirlər görülmüş, hüquq mühafizə orqanlarına göndərilmiş 5, məhkəmələrə göndərilmiş 1 işə baxılmayıb.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırma aparılaraq 296 akt və 31 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 236 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 21 iş üzrə 69350 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 90 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 1790 iş üzrə 284125.24 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 10 işdən 6-na baxılaraq müvafiq tədbirlər görülüb.
Bu ilin 9 ayı ərzində torpağın mühafizəsi üzrə 145 akt və 66 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 35 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 42 iş üzrə 33123 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 17 iş üzrə 311742.84 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 445 iş üzrə 54981 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 8 işdən 1-nə, icra qruplarına göndərilmiş 14 işdən 6-na, məhkəmələrə göndərilmiş 3 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülüb.
Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 119 akt və 56 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 33 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 144 iş üzrə 227660 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 57 iş üzrə 446796.98 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 50 iş üzrə 40722.05 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 116 işdən 92-nə baxılaraq müvafiq tədbirlər görülüb. Hüquq mühafizə orqanlarına göndərilmiş 2 işə, məhkəmələrə göndərilmiş 8 işə baxılmayıb.
Məişət tullantıları üzrə 278 akt və 51 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 177 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 64 iş üzrə 82450 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyanla bağlı 5 iş üzrə 349 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 969 iş üzrə 147143.53 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qruplarına göndərilmiş 27 işdən 22-nə baxılaraq müvafiq tədbirlər görülüb. Hüquq mühafizə orqanlarına göndərilmiş 10, məhkəmələrə göndərilmiş 1 işə baxılmayıb. İcra qruplarına göndərilmiş 3 iş rədd edilib.
İstehsalat tullantıları üzrə 321 akt və 41 protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 274 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 33 iş üzrə 74400 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 605 manat məbləğində iddia qaldırılıb. İdarə və müəssisələrə 472 iş üzrə 162009.38 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün İcra Qruplarına göndərilmiş 16 işdən 8-nə baxılaraq müvafiq tədbirlər görülüb. Hüquq mühafizə orqanlarına göndərilmiş 5 işə baxılmayıb.
Fauna ehtiyatlarının mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 58 akt və 28 protokol tərtib olunub. qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 44 iş üzrə 38290 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 26 iş üzrə 3253 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 18 işdən 1-nə, icra qruplarına göndərilmiş 14 işdən 6-na baxılaraq müvafiq tədbirlər görülüb. Məhkəməyə göndərilmiş 1 işə baxılmayıb.
Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 27 akt və 49 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən icrası məcburi olan 10 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 22 iş üzrə 14000 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 94 iş üzrə 40841 manat məbləğində iddia qaldırılıb. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 19 işdən 18-nə, icra qruplarına göndərilmiş 1 işə və məhkəmələrə göndərilmiş 94 işdən 42-nə baxılaraq müvafiq tədbirlər görülüb.