Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin və Qubadlı, Abşeron, Xızı rayonlarının sakinlərini qəbul edib. Lent.az-ın məlumatına görə, “Açıq qapı” şəraitində ümumilikdə 120 nəfərdən çox vətəndaşın müraciəti dinlənilib. Müraciətlərin əksər qismi dövlət hesabına mənzil və minik avtomobilləri, reabilitasiya vasitələri və münasib işlə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və əlillik dərəcələrinin verilməsi kimi məsələləri əhatə edib.Hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə araşdırılıb və vətəndaşların qaldırdıqları məsələlərin obyektiv və ədalətli şəkildə həll olunması üçün müvafiq tədbirlər görülüb.
S.Müslümov müraciətlərinə əsasən bir sıra vətəndaşların ünvanlı dövlət sosial
yardımı ilə təmin olunmaq, yaxud əlillik dərəcəsi almaq hüquqlarına obyektiv şəkildə baxılaraq müvafiq tədbir görülməsi barədə tapşırıqlar verib