Gənclər və idman naziri Azad Rəhimov Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşüb. Bu barədə Lent. az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbirdə rektor Elmar Qasımov məktəbin yaranma tarixi və fəaliyyəti barədə danışıb.
Çıxış edən A. Rəhimov tələbələrə uğurlar arzu edərək bildirib ki, ölkə gəncləri bu gün təhsil, mədəniyyət və idman sahəsində nailiyyətlər əldə ediblər. Sonra o, tələbələrə güzəştli kartlars təqdim edib.
E. Qasımov Gənclər və idman nazirinə məktəbin “Fəxri Qonağı” diplomunu təqdim edib.