Nazir türk həmkarı ilə nədən danışdı?
22 may 2013 15:30 (UTC +04:00)

Nazir türk həmkarı ilə nədən danışdı?

Təhsil naziri Mikayıl Cabbarov Türkiyənin təhsil naziri Nabi Avçı ilə ölkələrimiz arasında təhsil sahəsindəki münasibətlərlə bağlı müzakirələr aparıb.

 

Lent.az-ın məlumatına görə, Mikayıl Cabbarov mətbuat konfransında deyib ki, bu cür fikir mübadiləsi tələblərə və ali təhsil müəssisələrinə öz müsbət təsirini göstərəcək.
 

O, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində görüləcək işlərlə bağlı planlar barədə müəyyən razılıq əldə olunduğunu da bildirib. Nazir məktəbəqədər tədris prosesi, orta məktəb, peşə təhsili sahəsində Türkiyənin təcrübəsinin öyrəniləcəyini qeyd edib.

# 668

Oxşar yazılar