Kənd təsərrüfatı naziri İsmət Abasov Qubada vətəndaşlarla görüşəcək. Bu barədə Lent. az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Kənd təsərrüfatı naziri İsmət Abasov iyunun 14-də Qubada Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.
Nazir Qubaya gedəcək
485