“Abşeronda bir Qarabağ əlili mənə müraciət etdi. Həmin şəxs barmağını müharibə zamanı itirib. Deyir ki, hər il məni yoxlanış üçün Tibbi-Sosial Ekspert Komissiyasına çağırırlar ”. Lent.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir bildirib ki, bu kimi hallara son qoyulmalıdır: “Həmin adamın barmağı yerinə gələn deyil ki?”
S. Müslümovun sözlərinə görə, əlillərin hər il komissiyaya çağırılması onlardan pul almaq məqsədilədir. “İnsanlara hər il əziyyət verib komissiyaya çağırırlar ki, onlardan pul alsınlar. Bu hoqqalara son qoyun”.
Nazir bununla bağlı əsasnamədə dəyişiklik edilməsi ilə bağlı da tapşırıq verib.