Heydər Əsədov qarabağlıların görüşünə gedir
23 iyul 2014 12:10 (UTC +04:00)

Heydər Əsədov qarabağlıların görüşünə gedir

Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 25-də saat 11:00-da Bərdə rayonunda  Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Fizuli, Laçın və Xocavənd rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 020-205-07-93, 055-211-44-75) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535

Oxşar yazılar