Nazir müavini: “Dərmanların üzərində vahid qiymət yazılacaq”
14 fevral 2013 10:49 (UTC +04:00)

Nazir müavini: “Dərmanların üzərində vahid qiymət yazılacaq”

“Apteklərdə dərmanların qiymət məsələsi uzun müddət səhiyyənin qarşısında duran əsas məsələlərdəndir. Lent.az-ın məlumatına görə,  bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. O deyib ki, dünya ölkələrin bir çoxunda, Avropa ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Onun sözlərinə görə, ancaq Azərbaycanın qonşu ölkələrində bu tətbiq edilmədiyi üçün bizim müəyyən qədər çətinliyimiz var idi. Bunun üzərində Səhiyyə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi arasına birgə işin aparıldığını deyən E.Ağayev qeyd edib ki, yaxın gələcəkdə dərmanlara vahid qiymət tətbiq olunması istiqamətində aparılan işlər sürətləndiriləcək və həyata keçiriləcək.

 

Nazir müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq dərmanların üzərində qiymət yazılacaq: “Burada topdansatış müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq. Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər yerdə dərmanlar vahid qiymətlə satılacaq. Ola bilsin, ilk mərhələdə bu, həyat vacib preparatlara tətbiq olunsun. Sonradan isə yerdə qalan dərman preparatlarına tətbiq olunsun”.

 

E.Ağayev deyib ki, bu məsələ qanunvericiliklə tənzimlənəcək. Onun sözlərinə görə, bunun üçün dərman preparatlarının ən ucuz və keyfiyyətli olduğu ölkələr nümunə kimi seçiləcək: “Həmin ölkələrlə müqayisəli şəkildə Azərbaycanda dərman preparatlarının qiyməti Səhiyyə Nazirliyi tərəfindən deyil. Bunun Tarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449

Oxşar yazılar