“Təhsil Nazirliyi azərbaycanlı tələbələrin xaricdə daha çox mühəndislik, kənd təsərrüfatı və fundamental elmlər sahəsində təhsil almasını istəyir. Çünki tələbələrin əksəriyyəti kənd təsərrüfatı üzrə təhsil almağa maraqlı deyillər. Maraqlı olan bəzi tələblərin isə dil bilməməsi buna imkan vermir”. Lent. az - ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin dil bacarıqlarının artırılması istiqamətində müvafiq işlər görülüb.
Nazir müavinin sözlərinə görə, proqram daha çox diplomdan sonrakı pillə üzrə tələbələrin xaricdə təhsil almasına hesablanıb. Bu, hər baxımından sərfəlidir. Q. Novruzov qeyd edib ki, bakalavr pilləsi üzrə hazırlanan bir tələbənin əvəzinə magistraturada 2-3 tələbə oxutdurmaq olar.