Nazir jurnalistlərlə ağac əkdi - FOTO
“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.
ONA-nın yerli bürosunun xəbərinə görə, aksiyada nazir Muxtar Babayevin və 100-dən artıq media nümayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin “Azəryaşlandşaft” ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
ETSN yazağacəkmə aksiyalarında iştirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.
1111