Nazir AYİB üzvləri ilə görüşdü
10 aprel 2013 12:40 (UTC +04:00)

Nazir AYİB üzvləri ilə görüşdü

0

 

İqtisadi İnkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurasının üzvləri ilə görüşüb. Görüş Bakı Biznes Mərkəzində baş tutub.  

 

Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, görüşdən əvvəl AYİB nümayəndələri ölkəmizin sosial-iqtisadi uğurları barədə təqdim olunan sərgi ilə tanış olublar.

 

Şahin Mustafayev AYİB-in Direktorlar Şurasının ölkəmizə ikinci məsləhətləşmə səfərinin uğurlu əməkdaşlığın göstəricisi olduğunu və bank tərəfindən dövlət və özəl sektorun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirildiyini söyləyib. Onun sözlərinə görə, indiyədək 117 layihə çərçivəsində AYİB tərəfindən Azərbaycana 2,1 mlrd. dollar kredit ayrılıb. Nazir  AYİB-i özəl müəssisələrin birbaşa maliyyələşdirməyə və səhm kapitalında iştirak üzrə fəaliyyətini daha da genişləndirməyə dəvət edib. AYİB-in sözçüsü Conatan Okenden isə Azərbaycanın qazandığı iqtisadi uğurların Bankın diqqət mərkəzində olduğunu və əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar