Nazir: “Məktəbdaxili iaşə obyektlərinə nəzarət gücləndiriləcək”
10 sentyabr 2013 11:45 (UTC +04:00)

Nazir: “Məktəbdaxili iaşə obyektlərinə nəzarət gücləndiriləcək”

Uşaq evlərində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq

 

Bakı, Abşeron yarımadasındakı uşaq evləri, fiziki qüsurlu uşaqlar üçün olan təhsil müəssisələrində mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq. Lent.az-ın məlumatına görə, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bildirib ki, sentyabrın 16-dan Bakı və Abşeron yarımadasında fəaliyyət göstərən uşaq evləri, fiziki qüsurlu uşaqlar üçün olan təhsil müəssisələrində uşaqların yaşı, qidaların kalorililiyi, vitamin tərkibi nəzərə alınmaqla mərkəzləşdirilmiş qidalanma praktikası tətbiq olunacaq: “Bununla da bu məsələnin birdəfəlik həllinə nail olacağıq. Bu təcrübə uğurlu olduğu təqdirdə, həmin təcrübənin digər ərazilərdə tətbiqini təklif edəcəyik”.
 

Nazir qeyd edib ki, orta məktəblərdə təhsil alan şagirdlərin sağlamlığının daha yaxşı təmin etmək üçün Nazirlər Kabineti tərəfindən şagirdlərin qidalanması ilə bağlı müvafiq qərar qəbul edilib. Bu qərar məktəbdaxili iaşə obyektlərinin fəaliyyətini tənzimləyir: “Bu qərar da təhsilin infrastrukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məsləhətləşmələr aparılır. Bu məsələ üzərində ciddi nəzarət həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar