“Şagird məktəbə telefon aparmamalıdır”. Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu barədə rəsmi bir əmr yoxdur: “Amma bilin, nə şagird, nə də müəllim dərs prosesində telefondan istifadə etməməlidir”.
Təhsil naziri Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də münasibət bildirib. ““Azərbaycan - 2020: Gələcəyə baxış” konsepsiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub və 12 illik təhsilə keçiləcək”.