Naxçıvanın Geoloji Ensiklopediyası hazırlanır
29 iyul 2013 17:12 (UTC +04:00)

Naxçıvanın Geoloji Ensiklopediyası hazırlanır

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyasını hazırlayır.

 

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə institutun şöbə rəhbərləri, geologiya-mineralogiya elmləri doktorları – Şıxəli Babayev, Muxtar Rüstəmov, Novruz Novruzov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov, həmçinin gənc alim Fuad Rəhimov və Coğrafiya İnstitutunun şöbə rəhbəri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov Naxçıvanda ekspedisiya həyata keçiriblər.

 

Mütəxəssislər muxtar respublikanın bütün rayonlarında Paleozoydan tutmuş IV Dövr çöküntülərinə qədər olan süxur qatlarını tədqiq edib, onların koordinatlarını müəyyənləşdirib, lay dəstələrinin stratotip kəsilişlərinin fotolarını çəkiblər. Nəşrin tərtibi ilə əlaqəli ümumi işlər 2012-ci ilin sentyabr ayından başlayıb və ekspedisiyaya qədər Naxçıvan ərazisində intişar tapmış süxurların stratiqrafiyası, litologiyası, maqmatizmi, tektonikası, geomorfologiyası, faydalı qazıntıları, yeraltı və yerüstü su ehtiyatları barədə məlumatlar toplanılıb və təhlil edilib. Ekspedisiya müddətində isə bu istiqamətlər üzrə dəqiqləşdirmə işləri aparılıb. Bu ilin sonunda tədqiqatların yekunlaşdırılması və ensiklopediyanın çap edilməsi nəzərdə tutulur.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar