Bakı şəhərinin Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki X.Natavan küçəsi yenidən qurulur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, uzunluğu 1750 metr olan yolun eni 7 metrə bərabər olub. Yenidənqurmadan sonar yolun eni 14-16 metrə çatdılılıb. Yolun torpaq yatağı yenidən qurulub və asphalt örtüyünün döşənməsinə başlanılıb.
Natavan küçəsindəki bərpa işlərinin yaxın aylarda başa çatacağı gözlənilir.