<b>Naftalanda mərmi tapıldı</b>
27 mart 2019 18:27 (UTC +04:00)

Naftalanda mərmi tapıldı

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) martın 27-də saat 13:25-də Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsindən həmin şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə daxil olan məlumatı araşdırıb. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.

 

Xəbərə görə, qurumun  xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

 

 Agentliyin mütəxəssisləri və Naftalan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib.

 

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

 

Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 73 mm-lik PQ-9 raketi götürülüb, ətrafda aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əlavə olaraq 8 ədəd PQ-9 raketi (cəmi: 10 ədəd) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Raketlərin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

 

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 27 mart  tarixlərində 68 siqnal (əməliyyat çağırışı) əsasında 60 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naftalan şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş, 1,209 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 102,995 kv.m əraziyerüstü və 7,372 kv.m ərazi yeraltı yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1291

Oxşar yazılar

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40