
Müharibə əlilləri üçün tikilən bina rabitə ilə təmin olunub
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub. Bu barədə Lent.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Qubada Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanı rabitə xidmətləri ilə təmin edib.
Şəhərin M.P.Vaqif küçəsində yerləşən 4 mərtəbəli, 36 mənzilli binaya 1300 metr məsafədə yerləşən elektron ATS-dən müxtəlif tipli kabellər çəkilməklə telefon və internet xidmətləri verilib.
Görülmüş işlər nəticəsində əvvəllər simsiz CDMA telefon rabitəsindən istifadə edən qazilərimiz və şəhid ailələri hazırda REMUT tipli elektron ATS vasitəsilə
telefon və internet xidmətlərindən faydalana biləcəklər.
Qeyd edək ki, elektron ATS-in mövcud tutumunun 288 nömrədən 336 nömrəyə çatdırılması nəzərdə tutulub.
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38