
Müddətsiz işləmək istəyən müəllimlərin müsahibə nəticələri AÇIQLANDI
Respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin müsahibə nəticələri açıqlanıb. Belə ki, 981 namizəd müddətsiz əsaslarla işləmək hüququ qazanıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.
Məlumata görə, müsahibə mərhələsinin nəticələri ilə bağlı məlumat hər bir namizədin şəxsi səhifəsinə göndərilib.
Qeyd olunan göstəricilər ötən ilin anoloji nəticələrindən iki dəfə çoxdur. Müsabiqədə uğur qazanmış namizədlərlə 2019-2020-ci il tədris ilinin başlanğıcında müddətsiz əmək müqaviləsi bağlanılacaq.
Namizədlər mayın 17-nə qədər aidiyyəti yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidir.
Apelyasiya ilə bağlı müraciətlər 5 may saat 23:59-a qədər [email protected] e-poçt ünvanına göndərilə bilər.
Qeyd edək ki, müsahibələrdə 2017-2018 və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib.
Oxşar yazılar

"Kafedə yeməkdən qurd çıxdı deyənlər məhkəməyə verilməlidir" - Ekspertdən ŞOK AÇIQLAMA
9 iyul 2025 , 16:55
Xiyar iki dəfə daha uzun müddət təzə qalacaq: çox sadə həyat hiyləsi
9 iyul 2025 , 16:11
Avropada istilər səbəbindən 2300-dən çox insan ölüb
9 iyul 2025 , 15:42
"Mado"da uşağına qamburger aldı, görün içindən nə çıxdı?
9 iyul 2025 , 14:40
Azərbaycanda qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ
9 iyul 2025 , 14:00
Qadınlara bu hədiyyələri vermək olmaz - Bədbəxtlik gətirir
9 iyul 2025 , 12:17
Sabah 38 dərəcə isti olacaq - hava PROQNOZU
9 iyul 2025 , 12:03