“Deyildiyi kimi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, cəbhədə gərginlik artmayıb”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, bununla belə, atəşkəs mütəmadi pozulur: “Amma hamı tam əmin olsun ki, Azərbaycan Ordusu çox güclüdür, düşmənə layiqli cavab verir, verəcək”.
Z. Həsənov bildirib ki, Azərbaycan prezidentinin göstərişi ilə orduda islahatlar davam edir: “Bu islahatlar çərçivəsində Naxçıvanda müdafiəni daha da gücləndirmək məqsədilə Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bu ordusunun fəaliyyətini, hazırlığını yoxlamaq üçün Naxçıvanda irimiqyaslı təlimlər keçirdik. Təlimlərdə iştirak edən 11 briqada yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bizə lazım idi ki, Əlahiddə Ümumqoşun Ordusunun döyüşə hazır olub-olmadığını yoxlayaq. Mən bir nazir kimi əminliklə deyirəm ki, Əlahiddə Ümumqoşun Ordusunun fəaliyyətindən çox razıyam”.
Z. Həsənov cəbhə bölgələrinə səfərini də şərh edib: “Mən şahidi oldum ki, əsgərlərimiz mərddirlər, düşməndən qorxmurlar, qarşılarında qoyulan vəzifələri yerinə yetirməyə və hər an hazırdırlar”.