MTRŞ sədri: “Seriallarda bayağılıq, sünilik baş alıb gedir”
21 may 2013 16:19 (UTC +04:00)

MTRŞ sədri: “Seriallarda bayağılıq, sünilik baş alıb gedir”

Mayın 21-də Milli Teleradio Şurasında (MTRŞ) serialların çəkilişi ilə bağlı prodakşn rəhbərləri ilə görüş keçirilir. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli 2011-ci ildə serialların çəkilişi üçün 5 milyon manat vəsaitin ayrıldığını bildirib.

İlkin mərhələdə televiziya çəkilişi telekanallara həvalə olunub: “Burada bizim məqsədimiz o idi ki, həm televiziyalar, həm də prodakşnlar serialların çəkilişində iştirak etsinlər. Bu vaxtadək bütün televiziyalarda təxminən 20 serial çəkilib. Bir MTRŞ sədri, bir vətəndaş olaraq, mövcud serialların səviyyəsindən razı deyiləm. Seriallarda bayağılıq, sünilik baş alıb gedir. Bəzən film üçün seçilən mövzular qənaətbəxş olmur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164

Oxşar yazılar