“Cizgi filmləri ilə bağlı vəziyyət həddən artıq acınacaqlıdır”.
Lent.az-ın verdiyi məlumata görə, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bunu bu gün film və teleserialların çəkilişi ilə bağlı prodakşn rəhbərləri ilə görüşdə söyləyib.
Nuşirəvan Məhərrəmli deyib ki, vəziyyət hətta o qədər acınacaqlıdır ki, cizgi filmləri ilə bağlı prezidentə məktub hazırlayırlar. O, bəzən MTRŞ-ə cizgi filmlərinin çəkilməsi ilə bağlı kurslar təşkil etmək barədə təkliflər ünvanlandığını da bildirib.