MTRŞ-nın səlahiyyətləri artırılır
06 fevral 2015 14:50 (UTC +04:00)

MTRŞ-nın səlahiyyətləri artırılır

 

 

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihəyə əsasən, qanunun 16-cı maddəsində “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəz edilir. Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, MTRŞ-ın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan bu dəyişiklik o deməkdir ki, mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif edilən varianta əsasən məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ) müraciət olunur.

 

23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

Oxşar yazılar