Milli Təhlükəsizlik orqanı əməkdaşları üçün bu orqanın 95 illiyində yubiley medalı veriləcək.
Lent.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bugünkü sessiyasında səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini deputatlara təqdim edib. O bildirib ki, belə bir medalla bağlı dəyişikliyə ehtiyac var. O, deputatları qanun layihəsinə səs verməyə çağırıb.
Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Eyni zamanda, Milli Məclisin bugünkü sessiyasında “İctimai iştirakçılıq haqqında” qanun layihəsi və “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya düzəlişlərin edilməsi haqqında qanun layihəsi də təsdiq olunub.

MTN işçilərinə yubiley medalı veriləcək
Oxşar yazılar

Ombudsmandan uşaqlarla bağlı paylaşım edənlərə MÜRACİƏT
23 avqust 2025 , 16:22
Bazar günü çimərliklərdə HAVA
23 avqust 2025 , 15:10
Sabah hava çox isti olacaq
23 avqust 2025 , 13:00
Kürdə balıqlar məhv oldu, araşdırma başladı
23 avqust 2025 , 12:53
Sabah bu yollarda təmir olacaq
23 avqust 2025 , 12:05
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23 avqust 2025 , 12:00
Sabahdan həyatları kəskin dəyişəcək 4 BÜRC: Siyahıda kimlər var
23 avqust 2025 , 09:09