MŞ-də “peşəkarlığın artırılması yolları” axtarılacaq
30 oktyabr 2013 16:40 (UTC +04:00)

MŞ-də “peşəkarlığın artırılması yolları” axtarılacaq

 

 

Oktyabrın 31-də saat 12.00-da Azərbaycan Mətbuat Şurasında «Beynəlxalq münasibətlər mövzusu media müstəvisində» adlı “dəyirmi masa” keçiriləcək. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.

 

MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə gerçəkləşdirilməkdə olan “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunacaq tədbirdə kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri, Milli Məclisin üzvləri, ictimai-siyasi xadimlər iştirak edəcəklər.

 

“Dəyirmi masa”da sözügedən layihə çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat veriləcək, eyni zamanda KİV-lərimizin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətinə, ümumən ölkə jurnalistlərinin qlobal beynəlxalq proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetiriləcək.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559
avatar

Oxşar yazılar