Moskvada akademik Zərifə Əliyevanın 90 illiyi qeyd edilib
26 aprel 2013 03:48 (UTC +04:00)

Moskvada akademik Zərifə Əliyevanın 90 illiyi qeyd edilib

 

 Rusiya paytaxtında akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondu, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin konfrans zalında təşkil olunan tədbirdə səfir Polad Bülbüloğlu, Universitetinin prorektoru Pyotr Litvitskiy, müəllim və tələbə heyəti iştirak edib. 

 

Universitetin foyesində məşhur oftolmoloq Zərifə Əliyevanın həyat fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

Tədbirdə Zərifə xanımın ailə fotoları, həyat yoldaşı Heydər Əliyevlə, valideynləri, övladları və nəvələri ilə birgə fotoları nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Zərifə xanımın görkəmli alim olduğunu söyləyib. Onun sözlərinə görə, Zərifə Əliyeva  Azərbaycanda traxoma və bir sıra göz xəstəliklərinin müalicəsi üçün mühüm işlər görüb: “Zərifə Əliyeva gənclərə qarşı həssas olub, xüsusilə də tələbələrinə və aspirantlarına  qarşı... O, öz ətrafında gənc həkimlər məktəbi yaradıb. Mənə həyatımda Zərifə xanımla dəfələrlə ünsiyyətdə olmaq nəsib olub. O, çox ziyalı və yaradıcı insan idi. Bu ona ailəsindən keçmişdi. Zərifə xanımın atası Əziz Əliyev məşhur siyasi xadim olub. Ən çətin vaxtlarda, Böyük Vətən Müharibəsi illərində onu Dağıstana rəhbər göndəriblər. Bu çox böyük məsuliyyət və inamın göstəricisi idi. Mən Mahaçqalada Əziz Əliyevin xatirə löhvəsinin açılışında iştirak etdim və şahidi oldum ki, hələdə Dağıstanda onun xatirəsinə dərin hörmətlə yanaşırlar. Əziz Əliyevin xeyirxah işləri dağıstanlıların ürəyində yaşayır”.

Prorektor Pyort Litvitskiy universitetin rektoru P.Qlıboçko adından tərbir iştirakçılarını salamlayaraq bugünki tədbirdə iştirak etməkdən şərəf duyduğunu söyləyib: “Akademik Zərifə Əliyeva öz işinin əsl peşəkarı olub. Onun elmi işləri traxoma, qlaukoma və görmə orqanının müxtəlif xəstləlikləri istiqamətində olub. Zərifə Əliyevanın elmi məqalələrini müxtəlif ölkələrin, o cümlədən Avropa və Amerika qitəsi ölkələrinin gənc həkimləri öyrənir. Görkəmli alimi Sovet və Rusiya oftolmoloqları ilə sıx peşəkar və dostluq əlaqələri bağlayıb”.

P. Litvitskiy Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birinci Moskva  Dövlət Tibb Universitetinin fəxri professoru olduğunu söyləyib: “Keçən il Mehriban Əliyeva universitetimizin fəxri professoru adına layiq görülüb.  Həmin mükafatlandırma mərasimində Mehriban Əliyeva “Birliyin Ulduzları” mükafatına görə layiq görüldüyü pul mükafatını universitetə bağışladı. Həmin pulla universitetə unikal laparoskopik tədqiqat aparatı alınıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799
avatar

Oxşar yazılar