166 ailəyə bayram sovqatı verildi
14 mart 2015 15:44 (UTC +04:00)

166 ailəyə bayram sovqatı verildi

Martın 14-də Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri həmişə olduğu kimi Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərlə görüşüblər. MM-dən Lent.az-a verilən məlumata görə, Milli Məclisin nümayəndələri Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirilib. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söyləyiblər.  
Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 142
avatar

Oxşar yazılar