Misir Mərdanov görülən işlərdən danışdı
08 fevral 2013 13:06 (UTC +04:00)

Misir Mərdanov görülən işlərdən danışdı

“Son 10 ildə Azərbaycanda 2500-dən çox məktəb binası tikilib, əsaslı təmir olunub. Məktəblərin maddi-texniki bazası gücləndirilib. Büdcədən təhsilə ayrılan vəsaitin həcmi artırılır”. Lent.az-ın məlumatına görə, bunu “Sabahın alimləri” II Respublika müsabiqəsinin açılış mərasimində çıxışı zamanı təhsil naziri Misir Mərdanov bildirib.  

 

Nazir onu da vurğulayıb ki, 2008-ci ildən başlayaraq respublika məktəblərində kiçik akademiyalar yaradılıb. Həmin akademiyalar tədricən formalaşıb, inkişaf etməkdədirlər.  

 

“Azərbaycanlı şagirdlər 5 ildən artıqdır ki, İNEPO beynəlxalq müsabiqəsində iştirak edir. Bütün görülən işlər  “Azərbaycan gəncliyi 2011-2015-ci illər dövlət proqramı”na yönəlib. Bizim bu cür müsabiqələrin keçirilməsində məqsədimiz ondan ibarətdir ki, məktəblər təhqiqat aparmaq şagirdlərin sayını daha da artırmaq, onlarda təhqiqatçılıq vərdişlərini aşılamaqdır” - deyə, M. Mərdanov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 707

Oxşar yazılar