AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov Mərkəzi Elmi Kitabxanaya bir neçə kitab hədiyyə edib. AMEA-dan Lent.az-a verilən məlumata görə, o özünün müəllifi olduğu və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Təhsil Tarixi (4 cilddə), Azərbaycanın Təhsil Nazirləri, Dünyanın 100 ən yaxşı Universiteti 2009, Azərbaycanın Elmi Elitası, Elementar Riyaziyyatın Əlavə fəsilləri və Olimpiadalar (3 cilddə), “Nekotorıe voprosı matematiçeskoy teorii optimalnıx prosessov v sistemax s zapazdıvaniemi”, “İssledovanie optimalnıx prosessov s zapazdıvaniemi pri naliçii oqraniçeniy”, “İssledovanie osobıx upravleniy i neobxodimıe uslovie optimalnosti vtoroqo poredka v sistemax s zapazdıvaniemi”, “Kaçestvennae teorie optimalnoqo upravlenie sistemami Qursa-Darbu” adlı kitablarını bəxş edib.
Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib. Azərbaycan təhsilinə çox dəyərli töhfə olan bu kitabların həm “Milli rəqəmsal yaddaş” məlumat bazasını, həm də MEK-in kitab fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıdığını söyləyib.