MİRAS Orduda Azərbaycan turizmini tanıdacaq
09 fevral 2013 15:18 (UTC +04:00)

MİRAS Orduda Azərbaycan turizmini tanıdacaq

Fevralın 14-17-də Ordu şəhərində  Beynəlxalq Qaradəniz Turizm sərgisi  keçiriləcək.  Lent.az-ın məlumatına görə, sərginin təşkilatçıları Türkiyənin Mədniyyət və Turizm Nazirliyi, Ordu Valiliyi və Türkiyə Səyahət Agentlikləri Birliyidır (TURSAB).

 

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Heritage Travel Turizm Şirkətinin nümayəndə heyətləri həmin sərgiyə qatılmaq üçün fevralın 12-də Ordu şəhərinə yola düşəcək. Nümayəndə heyəti Azərbaycanın turizm imkanlarını, turizmin inkişafında son illərdə əldə olunan yenilikləri, turizmin yeni növləri ilə bağlı ölkəmizdə aparılan işləri sərgi ziyarətçilərinin diqqətini çatdıracaqlar. Bundan ötrü, bir sıra audio və video materiallar, nəşrlər, bannerlər, tanıtma vəsaitləri Ordu şəhərinə aparılacaq.

Qeyd edək ki, MİRAS İctimai Birliyinin Musiqi Qrupu da tədbirdə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar