Milli Məclis Həmrəylik Günü ilə bağlı müraciət qəbul etdi
27 dekabr 2013 14:20 (UTC +04:00)

Milli Məclis Həmrəylik Günü ilə bağlı müraciət qəbul etdi

Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib.

Lent.az-ın məlumatına görə, müraciət parlamentin bugünkü sessiyasında qəbul edilib. Sessiyada çıxış edən spiker Oqtay Əsədov prezident İlham Əliyevə Dünya azərbaycanlıların həmrəylik günü ilə bağlı Milli Məclis adından təbrik məktubu ünvanlanması barədə təklif verib və bu təklif deputatlar tərəfindən qəbul edilib.

Milli Məclisin bugünkü sessiyası başa çatıb. Sessiya Azərbaycanın dövlət himninin oxunması ilə bağlı elan edilib.
Qeyd edək ki, bu sessiya parlamentin payız sessiyasının sonuncu iclası idi. Növbəti sessiya yanvar ayının 15-dən sonra keçiriləcək

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 967
avatar

Anar Gəraylı

Oxşar yazılar