Millət vəkili xarici ölkələrin fəal qadınlarına Qarabağdan danışıb
22 iyun 2018 11:50 (UTC +04:00)

Millət vəkili xarici ölkələrin fəal qadınlarına Qarabağdan danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Böyük Britaniyanın, Meksikanın və Filippinin fəal qadınları ilə  görüşüb.

 

Lent.az-ın xəbərinə görə, millət vəkili görüş zamanı onlara Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. 

 

Q. Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur, yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın öz yurd-yuvalarına dönmələri üçün səylərin gücləndirilməsini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Millət vəkili görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Müzakirələr zamanı millət vəkili Q.Paşayeva onlara ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə,  onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti barədə də geniş məlumatlar verən, Azərbaycanın Böyük Britaniya, Meksika və Filippin ilə əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili Q. Paşayeva  onları Azərbaycana dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar