Millət vəkili Gəncə-Naxçıvan reysinin bağlanmasına etiraz etdi
17 mart 2017 15:26 (UTC +04:00)

Millət vəkili Gəncə-Naxçıvan reysinin bağlanmasına etiraz etdi

 

Milli Məclisin bu gün keçirilən iclasında Gəncə-Naxçıvan reysinin bağlanmasına , o cümlədən hava limanlarında Gəncə adının hələ də “Kirovabad” kimi qeyd olunmasına narazılıq bildirilib. Lent.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib ki, Gəncə beynəlxalq hava limanının potensialından maksimim istifadə olunmur.

 

O qeyd edib ki, ötən il Bakı-Gəncə aviareysinin bağlanmasından sonra Azərbaycan prezidentinin dəstəyi ilə bu reys yenidən bərpa olundu: “Amma təəssüf ki, Gəncə-Naxçıvan reysi bərpa olunmadı. Halbuki, bu reysin bağlanması Gəncə və ətraf bölgədə turizmin inkişafında, o cümlədən burada təhsil alan tələbələrin gediş-gəlişində, o cümlədən hərbi xidmət çəkən əsgərlərin, onların valideynlərinin uçuşlarında ciddi əngəllər yaradır”. Deputat həmçinin beynəlxalq hava limanında Gəncə sözünün yerinə Kirovabad (KVD) yazılmasının bir çox sualların yaranmasına səbəb odluğunu bildirib, bunun aradan qaldırılmasını tələb edib.

 

Deputat həmçinin Gəncədə fəaliyyət göstərən Aqrar Universitetə məxsus torpaqların qaytarılmasını da baş nazirdən xahiş edib. Deputat son illər Gəncədə görülən işlərdən danışaraq qeyd edib ki, Gəncədə 300-dən çox beynəlxalq və yerli layihə həyata keçirilib: “Gəncədəki Heydər Əliyev parkı dünyada 5 parkdan ikincisidir. Bundan başqa tələbə yataqxanalarının, məktəb komplekslərinin təmir tikintisi aparılıb". Spiker Oqtay Əsədov deputatın Gəncə ilə bağlı çıxışının hesabat xarakter almasına reaksiya verib: ”Siz burada bütöv Gəncənin hesabatını verdiniz. Artur müəllim, yəqin siz də gördünüz”. Spikerin bu fikri deputatların alqışına və gülüşünə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Oxşar yazılar