<span style="color:red;">Millət vəkili:  "Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?!"
11 dekabr 2014 11:46 (UTC +04:00)

Millət vəkili: "Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?!"

"Nə qədər Nizamidən, Füzulidən müdafiə etmək olar?! Hesab edirəm ki, burda da qruplaşma lazımdır. Azərbaycan kimi kiçik bir ölkədə kifayət edər ki, müəyyən institutlar birləşsin, yeniləri yaradılsın”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, çünki biz geriyə yox, irəliyə baxmalıyıq. “Keçmişdə biz sovet hökumətinin bir hissəsi idik. İndi müstəqilik. 
Baxın, Azərbaycanda Tarix İnstitutu, Şərqşünaslıq İnstitutu, Etnoqrafiya və Arxeologiya İnstitutu, Əlyazmalar İnstitutu fəaliyyət göstərir. Bunların hamısı tarix elminin qollarıdır. Biri qazır çıxarır, biri tarixini araşdırır, o biri başqa bir tərəfdən araşdırır. Axı bunun hamısı eyni şeydir!”

Millət vəkili onu da vurğulayıb ki, təklif verəndə bəzən yanlış anlanılır. “Söhbət sistemin fəaliyyətindən və işlək müxanizmdən gedir. Əsas məqsəd odur ki, həm işçi yaxşı işləsin, yaxşı əmək haqqı alsın, həm də dövlət sifarişləri olsun, həm də elmimiz inkişaf etsin. Bu cür mexanizm işlədikdən sora heç kim dövlət işinə getməyəcək.

Hamı elm arxasınca gedəcək. Alimlər, ziyalılar dövlət işi olan kimi elmi bir kənara qoyub dövlət işində işləyirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 101
avatar

Oxşar yazılar