1-ci Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinin təmirinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, təmir işləri ilkin mərhələ üzrə Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla həyata keçiriləcək. Artıq həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə start verilib.
188