Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov təhsil naziri Mikayıl Cabbarovun müavini təyin edilib.
Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib.
İ. Hümbətovun sözlərinə görə, F. Qurbanov uzun müddət Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
“O, təhsil sahəsi və nazirlik üçün kənar şəxs deyil, əvvəllər də bu sahədə çalışıb. Firudin Qurbanov prezidentin sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib”, - deyə İ. Hümbətov bildirib.