Mikayıl Cabbarov BMT nümayəndələri ilə görüşdü
İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov BMT-nin və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak ediblər.
Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.