“Bakı Metropoliteni” QSC-də talassemiyalı xəstələrə qanvermə kampaniyası keçirilib. Lent.az-ın məlumatına görə, Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən aksiya kollektivdə böyük rezonans doğurub. Qan bankının əməkdaşları tərəfindən həyata keçirilən aksiyada iştirak etmək istəyən metropolitençilərin say çoxluğu nəzərə alınaraq, kampaniya iki gün müddətində təşkil olunub.
Fevralın 10-da «Bakı Metropoliteni»QSC-nin texnoloji korpusu və idarə aparatı binasında, ayın 11-də isə müəssisənin «Nərimanov» elektrik deposunda təşkil olunan qanvermə aksiyasında 200-dən artıq işçi iştirak edib. Bakı metropolitenində iki gün davam edən qanvermə aksiyasında toplanmış qan həcmi Mərkəzi Qan Bankına təhvil verilib.