Mətbuat Şurasında internet-media ilə bağlı komissiya yaradıldı
14 fevral 2013 13:14 (UTC +04:00)

Mətbuat Şurasında internet-media ilə bağlı komissiya yaradıldı

Azərbaycan Mətbuat Şurasında xəbər saytları və portallarla bağlı komissiya yaradılıb.


 

 APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkədə internet xəbər resurslarının sayı artır və mövcud reallıqlar şuranın bu istiqamətdə fəaliyyət göstərməsini diktə edir. O deyib ki, komissiya onlayn mediadan gələn şikayətləri araşdırılacaq, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdırmağı öz üzərinə götürəcək.

 

Ə. Amaşov qeyd edib ki, komissiyanın fəaliyyətinin ümumi konsepsiyasının da hazırlanması nəzərdə tutulub: “Artıq portallardan 30-a yaxın müraciət daxil olub və onlar Mətbuat Şurasının üzvü olmaq istəyirlər. Hər il internet mediasından Mətbuat Şurasına daxil olan şikayətlərin sayı da artır. Əgər 2011-ci ildə şuraya 7 şikayət daxil olmuşdusa, 2012-ci ildə 20 şikayət almışıq. Bu həftə ərzində komissiyanın ilk iclası keçirilərək şikayətlər araşdırılacaq”.

 

İnternet-media üzrə mütəxəssis Elnur Baimov, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Vaqif Şərifov, jurnalist Azər Həsrət və Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyaya üzv seçiliblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 587
avatar

Oxşar yazılar