Mətbuat Şurasında görüş olub
10 fevral 2014 15:18 (UTC +04:00)

Mətbuat Şurasında görüş olub

 

Mətbuat Şurasında “Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu” layihəsi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilib. Bu barədə Lent.az-a Mətbuat Şurasından məlumat verilib.

 

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, sözügedən layihə rəhbərlik etdiyi qurumun, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsüdür.

 

Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verən Ə.Amaşov internet media ilə əlaqədar beynəlxalq konfransın, azərbaycanlı və türkiyəli jurnalistlərin qarşılıqlı səfərlərinin, həmçinin ölkəmizin ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri arasında Türkiyə ilə bağlı yazı müsabiqəsinin təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.

 

Görüşdə qərara alınıb ki, layihə çərçivəsində görüləcək işlərin yaxından izlənilməsi üçün aparıcı təşkilatların rəhbərlərindən ibarət işçi qrupu yaradılsın və vahid fəaliyyət xətti müəyyənləşdirilsin.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar