Nazirlər Kabinet "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi barədə qərar verib. Lent.az-ın məlumatına görə, qərara əsasən, Səhiyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda bir sıra dəyişikliklər edilib.
Belə ki, dəyişikliyə əsasən, Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala, Şamaxı müalicə diaqnostika mərkəzləri Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında büdcədən maliyyələşən müəssisələr bölməsinə salınıb.
Psixi Sağlamlıq Mərkəzi isə stasionar müəssisələr sırasına daxil edilib.
Gəncə Regional Perinatal Mərkəzi Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyinə verilib. Mərkəzi Neftçilər Xəstəxanası təsərrüfat hesablı tibb müəssisələri bölməsinə salınıb.